ELM VƏ TƏHSİL


Elmi seminarda riyazi biologiyanın tənliklərinin tətbiqi məsələləri müzakirə olunub

Bakı, 11 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda “Riyazi biologiyanın tam və kəsr tərtibli bəzi model diferensial və inteqral tənlikləri və onların tətbiqi” mövzusunda seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, riyaziyyat elmləri doktoru İlqar Məmmədovun mövzu üzrə məruzəsi dinlənilib.

Seminarda, həmçinin riyazi biologiyada baxılan bioloji proseslərin qeyri-lokal xarakteri (yaddaşa malik olması) haqqında məlumat verilib. İştirakçılara Aller tənliyinin, Abel inteqral tənliyinin, Volter inteqral tənliklərinin əhəmiyyəti, onların tətbiqi məsələləri izah edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.