“Elmi-tədqiqatların aparılma prinsipləri və rast gəlinən çətinliklər” mövzusunda onlayn konfrans keçirilib
AzerTAg.az
Bakı, 23 iyun, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun birgə təşkilatçılığı ilə “Elmi-tədqiqatların aparılma prinsipləri və rast gəlinən çətinliklər” mövzusunda onlayn konfrans keçirilib.
AZƏRTAC Elmi-Tədqiqat Pediatriya İnstitutuna istinadla bildirir ki, institutun direktoru Allahverdi Musayev öz çıxışında gənc kadrların elmə cəlb olunması, aktivləşdirilməsi, elmi tədqiqatların və innovasiya fəaliyyətinin inkişafı üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Türkiyə Respublikasının Hacettepe və Ege universitetlərindən aparıcı professorlar məruzə ilə çıxışlar edib. Konfrans “ZOOM” platforması üzərindən 3 saat ərzində keçirilib.
Konfransın keçirilməsində məqsəd elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi və inteqrasiyası, məqalələrin beynəlxalq jurnallarda dərc olunması yollarının müzakirəsi olub.
Sonda mövzular ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xəbərin mətnində orfoqrafik səhv var