Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Elmimizin inkişafına ali səviyyədə dəstək göstərilir

Elmimizin inkişafına ali səviyyədə dəstək göstərilir

Bakı, 27 mart, AZƏRTAC

Xalqımızın ümumi intellektual səviyyəsinə uyğun olaraq Azərbaycan qədim sivilizasiya mərkəzi kimi daim fərqlənib, Şərqlə Qərb arasında həm də intellektual məhsul ixracı funksiyasını reallaşdıra bilib. Zəngin elmi ənənələrə və tarixə malik xalqımız bəşər sivilizasiyasına mütəfəkkir alimlərin yaratdıqları elmi irs ilə töhfələr verib. Azərbaycan elmi-fəlsəfi fikrinin görkəmli nümayəndələri zamanın fərqli mərhələlərində elmi dünyagörüşləri və yaratdıqları dəyərli əsərlərlə xalqımızın ümumi elmi təfəkkürünün inkişafında böyük rol oynamaqla bərabər, bəşəriyyətin elmi-mədəni yüksəlişinə də layiqli xidmətlər göstəriblər. XIX əsrin ikinci yarısından sonra Bakı şəhərində neft sənayesinin inkişafı elmi-nəzəri fikir tariximizin yeni mərhələsinin formalaşmasına öz təsirini göstərib. İlk ali təhsil müəssisəsi kimi Bakı Dövlət Universitetinin yaranması ilə peşəkar elmi-təhsil mühiti formalaşmış və beləliklə, elmin və təhsilin inkişafında yeni mərhələyə keçidi təmin etmək mümkün olub. 1945-ci il martın 27-də Azərbaycan Elmlər Akademiyasının təsis edilməsi ilə proses daha da sürətlənib, konseptual və sistemli xarakter alıb. Təsadüfi deyil ki, məhz Azərbaycan Elmlər Akademiyasının yarandığı gün Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Günü olaraq qeyd edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov söyləyib. O deyib ki, Azərbaycan Elmlər Akademiyası yarandığı gündən xalqımızın intellektual potensialının inkişafında, fundamental və tətbiqi elmlərin inkişafında, elmi məktəblərin formalaşdırılmasında müstəsna xidmətlər göstərib.

İlqar Orucov vurğulayıb ki, hər zaman alimlərə xüsusi ehtiramla yanaşan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Elmlər Akademiyasının inkişaf etməsinə diqqət və qayğısını ən yüksək səviyyədə və davamlı olaraq ifadə edib. Hələ Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə Azərbaycan xalqının intellektual potensialının yüksəldilməsində, elmimizin strateji istiqamətlərinin formalaşması və müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında daim maraqlı olub və bu sahənin inkişafını diqqətdə saxlayıb. Məhz onun alimlərimizə və elmimizin inkişafına xüsusi diqqət və qayğısı sayəsində mühüm əhəmiyyət daşıyan elmi tədqiqatların aparılması, yeni nəsil alimlər ordusunun formalaşması, nüfuzlu elmi məktəblərin yaradılması sahəsində xeyli uğurlar əldə edilib.

Müstəqilliyin bərpasından sonra ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin ictimaiyyətlə ilk görüşünün Milli Elmlər Akademiyasının binasında olması təsadüfi deyildi. Bununla Ulu Öndər ölkənin idarə edilməsində və inkişafında, eləcə də ictimai fikrin formalaşmasında elmi ictimaiyyətin yerini və rolunu düzgün qiymətləndirirdi.

1997-ci il yanvarın 31-də dahi rəhbər Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasının rəhbərliyini və ölkənin bir qrup alimini qəbul edərək elm sahəsində islahatların aparılmasının vacibliyinə nəzər saldı, elmimizin inkişaf strategiyasının əsas müddəalarını müəyyənləşdirdi. Həmin tarixi görüşdə Ulu Öndərin çıxışından sitat gətirmək yerinə düşər: “Elmlər Akademiyasına keçmiş illərdə də və son illərdə də mənim hörmətim və diqqətim, qayğım olub”.

Ulu Öndər hər zaman bilirdi ki, fundamental və tətbiqi elmlərin inkişafı ilə paralel olaraq milli dövlətçilik ideologiyasının formalaşmasına və inkişafına, milli dəyərlərin yaşadılmasına və gələcək nəsillərə ötürməyə xidmət edən humanitar və ictimai elmlərin də inkişafı olduqca vacibdir.

Ümummilli Lider Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə də elmin inkişafı prioritet istiqamət olub. Prezidentin AMEA-nın 70 illik yubileyində etdiyi çıxışdan sitat: “Mənim əsas istəyim ondan ibarətdir ki, ilk növbədə Azərbaycan elmi inkişaf etsin, digər tərəfdən ölkəmizin ümumi inkişafına öz töhfəsini versin. Yəni, elmi araşdırmalar sadəcə olaraq araşdırmalar üçün deyil, ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir”. Dövlətimizin başçısı böyük uzaqgörənliklə bir daha ifadə edir ki, hər bir dövlətin iqtisadi inkişafı, siyasi qüdrəti və hərbi potensialı bilavasitə onun elmi və təhsili ilə bağlıdır. Hədəf olaraq rəqabətqabiliyyətli iqtisadiyyata, modern hərbi potensiala və xoşbəxt, firavan həyata sahib olan qüdrətli Azərbaycan qurmaqdır. Bu məqamda yenə də dövlətimizin başçısından sitat gətirmək yerinə düşür: “Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir”. Göründüyü kimi, Prezidentin də toxunduğu başlıca faktor inkişafın lokomotivi funksiyasını üzərinə götürəcək elmli və təhsilli cəmiyyət qurmaq naminə səyləri birləşdirməkdən ibarətdir.

Prezidentin 2009-cu il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” uğurla icra edilib.

Prezidentin 2009-cu il 21 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında fundamental elmi tədqiqatların stimullaşdırılmasını, ölkəmizin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2022-ci il 15 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb. Bu fond ölkədə elmi fəaliyyətin inkişafının, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasının, o cümlədən elmi tədqiqatların stimullaşdırılmasının təmin edilməsi, bu sahədə dövlət dəstəyinin və dövlət idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi vəzifələrini həyata keçirməkdədir.

Dövlətimizin başçısının 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən, ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməklə Azərbaycan elminin tarixində elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edəcək qanunvericilik bazası formalaşıb. Eyni zamanda, elmi-tədqiqat müəssisələrinin infrastrukturunun yenilənməsi məqsədilə çoxsaylı sərəncamlar imzalanıb, alimlərin sosial müdafiəsinin gücləndirilməsinə ünvanlanan qərarlar qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 28 iyul tarixli Fərmanı ilə elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilib.

Göründüyü kimi, ölkəmizdə elmin inkişafı konseptual xarakter daşıyır. Regionun iqtisadi və hərbi cəhətdən lider dövləti olan Azərbaycanın bölgənin elm mərkəzinə çevrilməsi istiqamətində görülən işlər davamlı, məqsədli və ardıcıl şəkildə davam etdirilir. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərin yeni çağırışlarından biri də güclü elmi potensiala və yüksək təhsilə malik cəmiyyətin formalaşdırılmasıdır. Həm də dünyada baş verən dərin siyasi qarşıdurmalar, dəyərlərin itirilməsi, Dördüncü Sənaye İnqilabı, sürətli rəqəmsallaşma, COVID-19 pandemiyası, miqrasiya, iqlim dəyişikliyi və biomüxtəlifliyin itirilməsi, iqtisadi qütbləşmə və mövcud iqtisadi bərabərsizlik və sair qlobal çağırışlara adekvat reaksiya, sürətli dəyişikliklərə çevik adaptasiya instinktinin formalaşması elm və təhsilin rolunu həmişəkindən daha təsirli və əsas diktə edən gücə çevirir.

Siyasi qarşıdurmalar fonunda yeni və müasir hərbi qüdrətə malik ordu komplektlərinə malik olmaq təkcə müdafiə zərurətinin deyil, həm də dövlətin söz sahibi rolunda çıxış etməsinin göstəricisidir. Müasir silahların istehsalı və istifadəsi elm, innovasiya və texnologiyaların ən yüksək səviyyədə olmasını şərtləndirir. Dördüncü Sənaye İnqilabı dövlətlərə qlobal iqtisadi rəqabət mühitində mövqelərini idarə etmək üçün yeni imkanlar yaradır. Bilavasitə inkişaf etmiş təhsilin və yüksək səviyyəli elmin məhsulları olan yeni texnologiyalar, elmi innovasiyalara əsaslanan rəqəmsal və biliklər iqtisadiyyatı, müasir ağıllı universitetlər və tədqiqat institutları, beyin mərkəzləri Dördüncü Sənaye İnqilabı dövrünün yeni və ilkin aktivləri rolunu oynamaqdadır.

Real və virtual məkan subyektlərinin konvergensiyası, dəyişən düşüncə tərzi, süni intellekt, sürətli rəqəmsallaşma, “5G” texnologiyasının tətbiqi ilə dünya artıq yeni və daha sürətli tempə malik texnoloji inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan reallığında kompüter elmləri sahəsində tədqiqat aparmalı olan elmi-tədqiqat mərkəzləri prosesdə yalnız ən yaxşı halda seyrçi və yaxud artıq xeyli köhnəlmiş mövzular üzərində “işləməkdədirlər”.

“Universitet elmi anlayışını reallaşdıra və tədqiqat universitetlərini isə təəssüf ki, müəyyən istisnaları nəzərə almasaq hələ də qura bilməmişik. Məlumdur ki, dünyada formalaşan yeni ixtisaslaşma trendləri əksər mövcud peşələrin gələcəyini sual altına qoymaqdadır və gələcəyin peşələri barədə danışmaq isə çox çətindir. Digər tərəfdən multidisiplinar biliklərə malik gənc elmi mütəxəssis kadrların hazırlığının təmin edilməyəcəyi təqdirdə rəqabətli elm mühitində uğur qazanmaq sadəcə mümkün olmayacaq. Yuxarıda qlobal problemlərə, fənlərarası əlaqələrin vacibliyinə, elmi mühitin dəyişməsinin Azərbaycana təsirinə və həm universitetlərimizin, həm də tədqiqat institutlarımızın mövcud durumuna təsadüfən toxunmadıq. Ümumilikdə cəmiyyətə təsir edən problemlərin elmi siyasətə və strategiyaya çevrilməsi reallaşmadığı təqdirdə elmin gələcəyi ilə bağlı nikbin fikir söyləmək, Azərbaycandakı elmi platforma işçilərinin və elmlə məşğul olan insanların ənənəvi iş metodları ilə qlobal problemlərin yaratdığı mürəkkəbliyi dərk etmək sadəcə mümkün olmayacaq. Müasir bilik istehsalının dinamikası kontekstində institusionallaşma prosesinin araşdırılması olduqca vacibdir. Burada cəmiyyətimizin və qlobal intellektual mühitin bir hissəsi olan universitetlərin cari dəyişikliklərin mərkəzində olması olduqca vacibdir, çünki onlar ilk növbədə peşəkar kadrların hazırlanmasına cavabdeh olan qurumlar kimi funksionallıqlarını davam etdirməlidirlər.

Bundan əlavə, bilik istehsalının çevikliyi bütün növ institusional strukturlara və elmi məhsul istehsalının prosedurlarına, o cümlədən keyfiyyətə nəzarətin necə təmin olunacağına, çarpaz funksional məsələlərin necə həll ediləcəyinə və yeni institusional mühitin necə göründüyünə təsir göstərir. Nümunə olaraq, təhsil sistemlərində olan gənclərin əmək bazarına köçürülməsinin düzgün transferini təmin etmək biliyin adekvat şəkildə necə ötürülməsi problemini nümayiş etdirir. Yeni peşələr yeni səriştələr və bacarıqlar tələb etdiyindən, problem bu bacarıqlara dair biliklərin vaxtında necə verilməsi və tədris proseslərinə innovativ düşüncənin necə daxil edilməsidir. Bu münasibət, həmçinin bizim universitetlərin yeni nəsil elmi kadr hazırlığı strategiyasını da əhatə edir.

Prezident İlham Əliyevin 2020-ci il iyulun 27-də yeni təyin olunmuş təhsil nazirini videoformatda qəbul edərkən dediyi kimi: “Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır... Təbii ki, dünyada gedən müsbət tendensiyalara daim fikir verilməlidir. Bu gün ölkəmiz elə sürətlə inkişaf edir ki, kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun inkişaf edə bilmir. Bunun nəticəsində bizim son illər ərzində yaradılmış bir çox müasir müəssisələrdə xarici mütəxəssislər bütün rəhbər orqanlarda təmsil olunurlar. Mən buna normal baxıram, burada problem görmürəm. Bu, bütün dünyada belədir və peşəkar kadrların miqrasiyası təbii prosesdir. Amma mən çox istərdim ki, bizim kadrlarımız da yetişsin və həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər.

Rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir. Artıq bu peşələrin siyahısı var. O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, bu peşələr üzrə bizdə mütəxəssislər hazırlanmalıdır”.

Dövlətimizin başçısının çıxışından verilmiş sitat bir daha elm və təhsilin yerinin və rolunun ən ali siyasi rəhbərlik səviyyəsində dəyərləndirildiyini açıq şəkildə ortaya qoyur. Prezident haqlı olaraq elm və inkişaf etmiş təhsilin inkişafı ilə şərtlənən sürətli elmi-texnoloji tərəqqi, rəqəmsallaşma, biliklər iqtisadiyyatı, elmi innovasiyalar davamlı iqtisadi inkişafın lokomotivi rolunda çıxış edərək cəmiyyətin rifahını, xalqların xoşbəxt və firavan yaşayışını, bütün parametrlərlə dövlətlərin liderliyini təmin etdiyini vurğulayır. Müasir universitetlər, elmi-tədqiqat mərkəzləri həm də insan intellektinin və düşüncəsinin məhsulu olan elm və təhsiltutumlu aktivlər funksiyasını mənimsəyərək bilik iqtisadiyyatının nüvəsini təşkil edərək prosesi idarə edirlər. Təhsil, elm və texnologiya yeni iqtisadi sistemdə birbaşa diktə edən tərəf rolunda çıxış etməklə uğurlu inkişafı təmin edir və sürətlə inkişaf edən texnoloji dünya ilə ayaqlaşmağımız və həm də xalq olaraq milli dəyərlərimizi yaşatmaq, gələcək nəsillərə doğru şəkildə aşılamaq üçün milli təhsilimizin və elmimizin doğru istiqamətdə inkişafı üzərində düşünməyi diktə edir”, - deyə İlqar Orucov fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO