ELM VƏ TƏHSİL


Elmin İnkişafı Fondunun 9-cu “Mobillik qrantı” məqsədli müsabiqəsi üzrə məsləhət seminarları başlanıb

Bakı, 10 yanvar, AZƏRTAC

Yanvarın 10-dan Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 9-cu “Mobillik qrantı” məqsədli müsabiqəsi üzrə məsləhət seminarları başlanıb.

Fonddan AZƏRTAC-a bildirilib ki, seminarların keçirilməsində məqsəd qrant iddiaçılarına müsabiqəyə təqdim olunacaq layihələrin tərtibatı, həmçinin e-QRANT sistemindən və “ASAN İmza”dan istifadə üzrə məsləhətlərin verilməsi, ortaya çıxan sualların cavablandırılmasıdır. Seminarlar cədvəldə göstərilən tarixlərdə Elmin İnkişafı Fondunun icraçı direksiyasının ofisində (Bakı şəhəri, Y.Səfərov küçəsi, 27, 9-cu mərtəbə) keçirilir:

 

TARİX

SAAT

1-ci seminar

10 yanvar

11:00

2-ci seminar

17 yanvar

15:00

3-cü seminar

24 yanvar

11:00

4-cü seminar

31 yanvar

15:00

5-ci seminar

07 fevral

11:00

6-cı seminar

14 fevral

15:00

7-ci seminar

21 fevral

11:00

İştirak etmək istəyənlər (012) 489 08 94 nömrəli telefona zəng vurmaqla və ya [email protected] elektron poçt ünvanına məktub yazmaqla qeydiyyatdan keçə bilərlər. Seminarlarda iştirak üçün qeydiyyatdan keçmiş, lakin seminarda iştirak etməyən iddiaçılar növbəti seminara yalnız yer olduğu təqdirdə buraxılacaqlar. Nəzərə almaq lazımdır ki, iddiaçı seminarda iştirak etməməklə növbəti seminarda başqa potensial iddiaçının iştirakını məhdudlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.