ELM VƏ TƏHSİL


Elmin İnkişafı Fondunun qrant layihəsi üzrə monoqrafiya Moskvada nəşr olunub

Bakı, 19 sentyabr, AZƏRTAC

Elmin İnkişafı Fondunun (EİF) qrant layihəsi üzrə monoqrafiya Moskvada rus dilində nəşr edilib.

AZƏRTAC xəbər verir ki, EİF tərəfindən elan edilən birinci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsinin qalibi olmuş layihə üzrə “α-Sianotioasetamid” monoqrafiyası Moskvada “Texnosfera” nəşriyyatında çapdan çıxıb.

Kitabın müəllifləri Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov, BDU-nun professoru, kimya elmləri doktoru Namiq Şıxəliyev, Taras Şevçenko adına Luqansk Dövlət Universitetinin professoru Vladimir Dyaçenko, həmin universitetin dosenti İvan Dyaçenko və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, kimya elmləri doktoru Valentin Nenaydenkodur.

Monoqrafiya “Kimya aləmi” seriyası üzrə nəşr olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.