İDMAN


Elmir Əliyev: Məqsədim Olimpiya çempionu olmaqdır VİDEO

Bakı, 23 iyul, AZƏRTAC 

Bu mötəbər idman yarışında qızıl medal qazandığım üçün çox sevincliyəm. Yarışa ciddi hazırlaşmışdım. Məqsədim çempionluq idi və buna da nail oldum. Rəqiblərim arasında ən çətin görüş yarımfinalda moldovalı idmançı ilə oldu. Digər idmançılarla görüşdə qələbə qazanmaqda elə də çətinlik çəkmədim.

Bu sözləri AZƏRTAC-a müsahibəsində XV Avropa Gənclər Yay Olimpiya Festivalında 51 kiloqram çəki dərəcəsində qızıl medal qazanan yunan-Roma güləşçimiz Elmir Əliyev deyib.

Festivalda çıxış edən idmançıların bəzilərini Avropa və dünya birinciliyindən tanıdığını söyləyən pəhləvanımızın əsas məqsədi Olimpiya çempionu olmaqdır.

Qeyd edək ki, idmançımız finalda ukraynalı Sanya Yakovlev üzərində 10:0 hesabı ilə inamlı qələbə qazanaraq qızıl medala sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.