İQTİSADİYYAT


Elmir Vəlizadə: Elektron imzanın başqa ölkələrdə tanınması prosesində maraqlıyıq

Bakı, 30 noyabr, Elvin Camalov, AZƏRTAC

Azərbaycan elektron imzanın başqa ölkələrdə tanınması prosesində maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, elektron imza sahəsində mövcud olan qanunvericilik Avropa direktivləri əsasında hazırlanıb: "Biz çalışırıq ki, mövcud qanunvericilik yeni yanaşmaya uyğun olsun. Bu istiqamətdə və yeni layihənin hazırlanması ilə bağlı işlər görülür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.