İQTİSADİYYAT


Elmir Vəlizadə: İnfrastruktur layihələrinə investisiyalar ölkənin ümumi daxili məhsulunu 380 milyon manat artırmağa imkan verəcək

Türkmənbaşı, 28 noyabr, Laçın Sultanova, AZƏRTAC

İnfrastruktur layihələrinə investisiyalar Azərbaycanın ümumi daxili məhsulunu birbaşa 240 milyon manat, dolayısı ilə daha 140 milyon manat və bütövlükdə 380 milyon manat atırmağa imkan verəcək, 5500 yeni iş yeri açılmasına gətirib çıxaracaq.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bu rəqəmləri tranzit və nəqliyyat əməkdaşlığı haqqında “Lapis-Lazuli” Sazişinin iştirakçısı olan ölkələrin nəqliyyat nazirlərinin iştirakı ilə Türkmənbaşı şəhərində keçirilən beynəlxalq konfransda səsləndirib.

“Şimal-Cənub”, Bakı-Tbilisi-Qars, “Cənub-Qərb” və “Lapis Lazuli” beynəlxalq nəqliyyat dəhlizlərinin qovuşduğu məkanda yerləşən Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən logistik zəncirin əsas halqasına çevrilməsi üçün hər cür şəraitə malikdir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Türkmənbaşı Limanının “Lapis Lazuli” beynəlxalq dəhlizinin əsas infrastrukturları olduğunu bildirən Elmir Vəlizadə konfrans iştirakçılarına Azərbaycanda nəqliyyat-logistika infrastrukturunun təkmilləşdirilməsi, ölkədə həyata keçirilən və iqtisadiyyatın bütün sektorlarını əhatə edən strateji yol xəritələri barədə məlumat verib.

Nazir müavini həyata keçirilən beynəlxalq layihələrin əhəmiyyətindən söhbət açaraq qeyd edib ki, hər bir ölkə özünün nəqliyyat-logistika infrastrukturunu inkişaf etdirməklə, onun qonşu ölkələrin infrastrukturları ilə qarşılıqlı əlaqəsini və inteqrasiyasını təmin etməklə, ümumi məqsədlərə nail olmağa kömək edir. Elmir Vəlizadə çıxışının sonunda deyib: “Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən birgə reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu buna əyani sübutdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.