İQTİSADİYYAT


Elmir Vəlizadə: Yevlaxda ehtiyat DATA-mərkəz tikilir

Bakı, 11 mart, Pərvanə Rəhimova, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir DATA-mərkəzi mövcuddur. Bu, regionda ilk “Tier3” sertifikatına malik mərkəzdir. Hazırda DATA-mərkəzin ehtiyat mərkəzi üzərində işlər aparılır. Yevlaxdakı ehtiyat DATA-mərkəz də “Tier3” sertifikatına malik olacaq və Bakıdakı əsas mərkəzdə olduğu kimi, burada da bütün xidmətlər istifadəçilərin ixtiyarına veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

“Yevlaxdakı ehtiyat DATA-mərkəz mövcud potensialı bir qədər də artırmağa və etibarlılığı yüksəltməyə xidmət edəcək. “Tier3” səviyyənin olması onun göstəricidir ki, bu DATA-mərkəz artıq hazırda çox yüksək səviyyədə təhlükəsizliyi təmin edən bir mərkəzdir. Ancaq ümumilikdə belə bir qayda mövcuddur ki, belə mərkəzlərin adətən digər məkanlarda yerləşən ehtiyat mərkəzi olmalıdır. Bu məqsədlə Yevlaxda ehtiyat DATA-mərkəz tikilir. Mərkəzin istifadəyə verilməsi bu ilin üçüncü rübünə nəzərdə tutulur”, - deyə nazir müavini əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.