İQTİSADİYYAT


Elmir Vəlizadə: Yüksək Səviyyəli İşçi Qrupunun 6-cı iclasında aktual məsələlərə toxunulub

Bakı, 17 aprel, AZƏRTAC 

Bakıda keçirilən İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 6-cı iclasında informasiya cəmiyyətinin inkişafı ilə əlaqədar bir çox aktual məsələlərə toxunulub.

AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 17-də jurnalistlərə müsahibəsində İşçi Qrupunun sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, bunların sırasında yaxın vaxtlarda keçirilmiş informasiya cəmiyyəti üzrə dünya sammiti forumunun nəticələrinin müzakirə edilməsi, ölkələrdə rəqəmli inkişaf üzrə həyata keçirilən fəaliyyətin qiymətləndirilməsi, eyni zamanda, ölkələrin bu sahədə fəaliyyətləri barədə məlumatların təcrübə mübadiləsinin aparılması, 5-ci nəsil yeni mobil texnologiyanın tətbiqi üzrə hazırlıq işlərinin qiymətləndirilməsi, kibertəhlükəsizlik məsələləri və ümumiyyətlə informasiya cəmiyyətlərinin inkişafı ilə bağlı bir çox məsələlər gündəliyin əsas mövzularındandır.

Nazir müavini qeyd edib ki, İşçi Qrupu nazir müavinləri səviyyəsində fəaliyyət göstərir. Odur ki, İşçi Qrupunda qəbul edilmiş qərarlar administrasiya rəhbərləri şurasının iclasına çıxarılaraq, icrası təmin edilir.

E.Vəlizadə onu da diqqətə çatdırıb ki, Regional Rabitə Birliyinin 17 üzvü var. Onlar həm MDB ölkələrinin, həm də Şərqi Avropa ölkələrinin nümayəndələridir. Bu qurumda, həmçinin Əfqanıstan Rabitə Administrasiyası da təmsil olunur: “Ümumilikdə, işçi orqanlar səviyyəsində bu İşçi Qrupu mühüm əhəmiyyətə malikdir. Güman edirik ki, onun qəbul etdiyi qərarlar təsdiq edildikdən sonra hər bir ölkədə icrası təmin olunacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.