SİYASƏT


Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib

Bakı, 25 iyun, Pərvanə Rəhimova, AZƏRTAC

Son illərdə BMT sistemində Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlmiş çoxsaylı forumlar keçirilir. Azərbaycan yeganə ölkədir ki, burada insan hüquqları günü təsis olunub. Biz də Ombudsman təşkilatı olaraq, 10 il ərzində bununla bağlı 16 konfrans keçirmişik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

Elmira Süleymanova qeyd edib ki, hazırda dünyada ziddiyyətli proseslər gedir. Bəzi ölkələr hərbi, münaqişə, neqativ istiqamətdə, digərləri isə sülh, tolerantlıq, inkişaf, pozitiv istiqamətdə irəliləyir. BMT yarananda bəyan edib ki, onun qayəsi - sülh, bərabərlik və əməkdaşlıqdır. Əsas məqsəd bütün xalqları narahat edən problemləri müzakirə edib, onların həlli yollarını tapmaqdır.

Hazırda hər bir dövlətin qarşısında Dayanıqlı İnkişaf Məqsədləri ilə yanaşı, öz ölkəsinə aid digər məqsədlər də dayanır. Bu forumların əsas məqsədi insanları bir araya toplayaraq onlara örnəklərini bölüşməyə şərait yaradır.

Forumun işini yüksək qiymətləndirən Ombudsman deyib ki, bu tədbirdə ölkəmizin iqtisadi inkişafı, insan hüquqları sahəsində əldə olunmuş nailiyyətlər, Prezident İlham Əliyevin müvafiq sərəncamları barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.