İQTİSADİYYAT


“Elmlər Akademiyası” stansiyasında yeni işıqlanma sistemi qurulub

“Elmlər Akademiyası” stansiyasında yeni işıqlanma sistemi qurulub

Bakı, 9 fevral, AZƏRTAC

Bakı Metropoliteni stansiyalarının işıqlanma sistemində mərhələli şəkildə aparılan yenidənqurma tədbirləri “Elmlər Akademiyası” stansiyasında davam etdirilib. Burada işıqlanma sisteminin günün tələblərinə uyğun yenilənməsi zərurətə çevrilib.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a verilən məlumata görə, işlər stansiya yollarında hərəkətin təşkili və təhlükəsizliyi, habelə sərnişindaşıma prosesinə maneə törətmədən, əsasən, gecə növbəsində aparılıb. Bu məqsədlə stansiya yollarında müvəqqəti işıqlanma təmin edilməklə, köhnə şəbəkə sökülüb və yenisinin quraşdırılması üçün müvafiq hazırlıq tədbirləri görülüb. Köhnəlmiş, həmçinin enerji sərfiyyatı çox olan 72 Vt-lıq 67 lampa çıxarılaraq dairəvi formalı plafonlardan ibarət 33 led lampa ilə əvəz edilib.

Yeni şəbəkə əvvəlki ilə müqayisədə daha etibarlı, uzunömürlü, qulluğu asan və qənaət baxımından çox əlverişlidir. Plafonların dairəvi formada olması 360 dərəcə boyunca işıqlandırmanı yüksək səviyyədə təşkil etməyə imkan verir. Həmçinin led lampalar stansiya yolunun estetik görkəminə əlavə rəng çaları qatmaqla yanaşı, platformanın memarlıq ansamblının ümumi estetik görkəmini daha effektli edir.

Qeyd edək ki, hazırda “Cəfər Cabbarlı” və “Nizami” stansiyalarında da eyni qayda ilə işıqlanma sistemi tətbiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.