Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Elnur Əliyev: Azərbaycan- Birləşmiş Ərəb Əmirlikləri iqtisadi münasibətlərinin inkişafı üçün böyük potensial mövcuddur

Elnur Əliyev: Azərbaycan- Birləşmiş Ərəb Əmirlikləri iqtisadi münasibətlərinin inkişafı üçün böyük potensial mövcuddur

Əbu-Dabi, 17 may, AZƏRTAC

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəsi Elnur Əliyev AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Azərbaycanın bu ölkə ilə iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində aparılan işlərdən və qarşıda duran vəzifələrdən söhbət açıb.

- Elnur müəllim, Ticarət Nümayəndəsi statusunda qarşınızda ilk növbədə hansı vəzifələr durur və bu institutun yaradılması iki ölkə arasındakı mövcud iqtisadi əlaqələrin inkişafına necə təsir göstərəcək?

- Öncə qeyd etmək istərdim ki, 2017-ci ildə təsis edilmiş ticarət nümayəndəlikləri institutu Azərbaycan xarici siyasətində yeni bir mərhələdir. Bu institut Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın xarici iqtisadi münasibətlərinin genişləndirilməsinə, o cümlədən Azərbaycanın qeyri neft ixracının, ölkəyə sərmayə və turizm axının gücləndirilməsini əhatə edən yeni inkişaf strategiyasının tərkib hissəsidir. Bu yeni inkişaf strategiyası Azərbaycanın bu günə kimi əldə etdiyi nailiyyətlərin üzərində qurulur. Məsələn, 1995-2017-ci illər ərzində Azərbaycan iqtisadiyyatına təxminən 250 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun da təxminən yarısı xarici sərmayələrdir. Təbii ki, hər bir sərmayəçi milyonlarla vəsaitini yerləşdirmədən öncə araşdırmalarını və risklərin dəyərləndirilməsini aparır. Milyardlarla dollar investisiyanın cəlb edilməsi Azərbaycanın sərmayə cəlbediciliyinin göstəricisidir. Təbii ki, bu cür həcmdə sərmayələrin cəlb edilməsi üçün əlverişli biznes və investisiya mühiti ilə yanaşı, ən əsas amillər Azərbaycandakı siyasi və makroiqtisadi sabitlik, təhlükəsizlikdir.

Eyni zamanda, Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan layihələr ölkəmizin dünyaya inteqrasiyasını sürətləndirib. Yerli və beynəlxalq magistrallar müasirləşdirilib, 6 beynəlxalq hava limanı inşa edilib, dəmiryolu infrastrukturu yenilənib, Xəzər dənizində böyük ticarət donanması yaradılıb, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji layihələr reallaşdırılıb. Bu layihələr nəinki Azərbaycanın, ümumilikdə bütün bölgə əhalisinin həyat səviyyəsinin yüksəldilməsində müstəsna rol oynayıb.

Son 14 ildə reallaşdırılan ən mühüm layihələrdən olan, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən, Azərbaycan Prezidenti İlham Əliyevin "XXI əsrin layihəsi" adlandırdığı "Cənub qaz dəhlizi" layihəsi və onun tərkib hissələri olan TANAP və TAP layihələri isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcək.

Ölkədə aparılan hərtərəfli, məqsədyönlü siyasətin nəticəsi kimi, ÜDM, xarici ticarət göstəriciləri bir neçə dəfə artıb, rəqabətli iqtisadiyyat qurulub, yüksək səviyyəli infrastruktur biznes subyektlərinin xidmətinə verilib. Misal kimi, ölkənin giriş qapısı olan hava limanlarını, magistral, dəmir və dəniz yollarını, ucqar kəndlərə kimi uzanan qaz, elektrik, internet şəbəkələrini və şəhərlərin abadlaşdırılmasını qeyd etmək olar. Əldə olunan uğurlar dəfələrlə dünya mediası, nüfuzlu jurnal və qəzetlər vasitəsilə işıqlandırılıb və Azərbaycan dünyada etibarlı tərəfdaşa çevrilib.

Məhz bu uğurun davamı kimi də, xarici ölkələrdə Azərbaycanın və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədilə ticarət nümayəndəliyi institutu təsis edildi. Hazırda, Azərbaycanın dörd - Moskva, Pekin, Varşava və BƏƏ-də ticarət nümayəndəsi fəaliyyət göstərir. Ticarət nümayəndəsi olaraq mənim əsas məqsədim Azərbaycan-BƏƏ arasında ticarət, sərmayə və turizm əlaqələrinin genişləndirilməsinə töhfə verməkdən ibarətdir.

- Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə və Körfəz ölkələrinə nə təklif edir?

- BƏƏ və ümumilikdə Körfəz bazarı Azərbaycan üçün böyük maraq kəsb edir və Azərbaycanın bu bazara təklif edə biləcəyi qeyri-neft məhsulları çoxdur. Ənənəvi olaraq, hazırda Azərbaycanın qeyri-neft ixracı daha çox Rusiya Federasiyası, digər MDB ölkələri, Avropa istiqamətində yönəlib. Bu səbəbdən də, BƏƏ ilə hazırkı ticarət dövriyyəsi iki ölkənin mövcud iqtisadi potensialını əks etdirmir. Məsələn, 2016-cı il ərzində Azərbaycanın BƏƏ-yə ixracı təxminən 12 milyon ABŞ dolları həcmində, əsasən metallar, müxtəlif avadanlıqlar və meyvə olmuşdur. Nəzərə alsaq ki, Azərbaycanın ümumi ixracı həmin dövrdə 9 milyard ABŞ dolları və BƏƏ-nin illik idxalı 250 milyardı ABŞ dolları təşkil edib, təbii ki, bu rəqəm qənaətbəxş hesab edilə bilməz.

İxracın genişləndirilməsi istiqamətində böyük potensial var. Bu ilk növbədə kənd təsərrüfatı mallarına aiddir. Azərbaycan öz ənənəvi ixrac bazarlarında yüksək keyfiyyətli meyvə-tərəvəz təchizatçısı kimi tanınır. Biz də istəyirik ki, Azərbaycan məhsullarının dadını və keyfiyyətini BƏƏ bazarına da təqdim edək. Eyni zamanda, Azərbaycanın böyük ənənəyə malik kimya sənayesi var və metanol, müxtəlif polimerlər də BƏƏ bazarı üçün maraqlı ola bilər. Eləcə də, müxtəlif borular, plitələr, naqillər və digər sənaye məhsulları da potensial ixrac məhsulları kimi nəzərdən keçirilir.

Hazırda əsas məqsədimiz ixrac olan qeyri neft məhsullarının artımına nail olmaqdır. Bu istiqamətdə, Azərbaycan qeyri-neft ixracının təşviqi məqsədilə ölkə Prezidenti tərəfindən 2016-cı ildə “Made in Azerbaijan” konsepsiyası təqdim edilib, müvafiq hüquqi və institusional çərçivə yaradılıb. Bu qanunvericilik çərçivəsi şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasından başlayaraq, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə, ixrac missiyalarına çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsinə kimi məsələləri də əhatə edir.

Bu dəstək mexanizmləri ilə bağlı intensiv olaraq praktiki işlər həyata keçirilir və artıq bir çox ölkəyə o cümlədən BƏƏ-yə və Səudiyyə Ərəbistanına ixrac missiyası təşkil edilib. Azərbaycan son altı ay ərzində WOP və “Gulfood” kimi hər il BƏƏ-də keçirilən beynəlxalq əhəmiyyətli ərzaq sərgilərində iştirak edib.

Bu tədbirlər çərçivəsində Azərbaycanda istehsal olunan pomidor, fındıq, nar şirəsi, alma, bal, quru süd, süd məhsulları, ət və ət məhsulları, pambıq çiyidi, şokolad məhsulları, konservləşdirilmiş pomidor, doğranılmış göbələk, limonad, quru meyvə və digər məhsullara böyük maraq göstərilmişdi və hazırda müvafiq danışıqlar aparılır.

İxracın təşviqi istiqamətində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə sıx əməkdaşlıq edirik.

- İxracın genişləndirilməsi üçün logistika məsələləri necə həll olunacaq?

- Təbii ki, ixracın genişləndirilməsi üçün logistikanın qurulması da çox vacibdir. Bu gün Azərbaycan malları BƏƏ bazarına əsasən İran ərazisindən keçməklə quru və hava yolu ilə daşınır. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, Azərbaycan və BƏƏ arasında kifayət qədər sıx hava bağlantısı da mövcuddur. Mart ayına kimi üç aviaşirkət bu xətlə sərnişin daşınması ilə məşğul olurdu - Azərbaycan Hava Yolları, “FlayDubai” və “AirArabia”. Həftəyə orta hesabla 40-45 uçuş olmaqla bu reyslər Azərbaycanda Bakı, Qəbələ, BƏƏ-də isə Dubai və Şarjadan həyata keçirilirdi. 2018-ci ilin mart ayından başlayaraq “Etihad” hava yolları şirkəti Bakıya mütəmadi uçuşlara başlayıb. Bununla da, sadaladığım şəhərlərin siyahısına Əbu-Dabi də əlavə olunub.

Uçuşların sayının artması Azərbaycanın yeni turizm istiqaməti kimi tanınmasının göstəricisidir. Hər il Azərbaycana gələn turistlərin sayı artır. Qeyd etmək istərdim ki, Azərbaycan tərəfi viza prosedurlarını asanlaşdıraraq ölkəmizin beynəlxalq statuslu hava limanlarında viza almaq imkanı yaradıb. Görülən işlər, Azərbaycanın qədim tarixi, füsunkar təbiəti, qonaqpərvərliyi, mədəni, müalicəvi və istirahət sahəsində müasir turizm infrastrukturu ölkəmizə gələn əcnəbilərin, xüsusilə BƏƏ-dən gələn turistlərin sayında böyük artıma səbəb olub. Belə ki, son üç il ərzində BƏƏ-dən gələn turistlərin sayı 30 dəfədən çox artıb və keçən il ərzində onların sayı 110 min nəfərə çatıb.

İnanırıq ki, BƏƏ vətəndaşları Azərbaycana daha çox gəldikcə və ölkəmizlə daha yaxından tanış olduqca, ikitərəfli ticarət və sərmayə münasibətlərinin inkişafı da daha böyük vüsət alacaq.

Qeyd etdiyim kimi, Azərbaycanda yerli və xarici investorlar üçün əlverişli hüquqi rejim yaradılıb. İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni şəraitin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədləri ilə tənzimlənir. Azərbaycan hökuməti bir sıra xarici ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı 53, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 48 ölkə ilə sazişlər imzalayıb. Hər iki sahədə sazişlər BƏƏ ilə də imzalanıb.

Qeyd etmək lazımdır ki, prioritet iqtisadi fəaliyyət sahələri üzrə istehsal fəaliyyəti həyata keçirən sahibkarlıq subyektlərinin “İnvestisiya təşviqi sənədi” əsasında 7 il müddətində əldə etdikləri texnika və avadanlıqlara görə gömrük rüsumuna, əlavə dəyər, torpaq və əmlak vergilərinə 100 faiz, eləcə də, gəlir və mənfəət vergisinə 50 faiz güzəşt tətbiq edilir.

Həmçinin Azərbaycanda “Tik, idarə et, təhvil ver” modeli tətbiq edilir ki, bu da tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinə investisiyaların cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.

- Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan qeyri-neft sektorunda sərmayələrin həcminə görə neçənci yerdədir?

- Qeyd etmək lazımdır ki, BƏƏ Azərbaycan qeyri-neft sektorunda sərmayələrin həcminə görə artıq 5-ci yeri tutur və biz inanırıq ki, bu istiqamətdə daha çox işlər görülə bilər. Yuxarıda qeyd edilənlər, Azərbaycan-BƏƏ iqtisadi münasibətlərinin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu göstərir. Biz də ticarət nümayəndəliyi olaraq bu potensialın gerçəkləşdiriməsi üçün bütün tərəfdaşlarla çalışmağa hazırıq.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb

Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Misirdə 2500 il əvvələ aid “Zəbur” kitabı nümayiş etdirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1500 mənzil və fərdi ev veriləcək