ELM VƏ TƏHSİL


Elnur Eltürk: Könüllülər “Vikipediya”da böyük həvəslə məqalələr yaradırlar

Bakı, 25 may, AZƏRTAC

Ölkədə “Vikipediya”ya maraq getdikcə artır. Təşkilatlar arasında əməkdaşlıq genişlənir.

Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O qeyd edib ki, son aylar Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK), “Qorqud” Vikipediya Metodik Klubunun təşəbbüsü ilə keçirilən təlimlər öz müsbət nəticələrini ortaya qoyur. Əməkdaşlıq əlaqələri işi asanlaşdırır və onun stimullaşdırılmasına təsir göstərir. Artıq MEK-də keçirilən təlimlərində iştirak edən Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya və Filologiya fakültələrinin tələbələri bu günə qədər 100-dən çox məqalə yaradıb və əsaslı redaktə ediblər. Tələbələr arasında təlimlərə maraq çox artıb. Onlar böyük həvəslə məqalələr yaradır, bu prosesə öz töhfələrini verirlər. Bu, həm də onlarda öz bilik və bacarıqlarının artmasına səbəb olur.

“Təlimlər MEK-in təlimçiləri Nuray Tanrıverdiyeva, Səbinə Abizadə tərəfindən keçirilir. Təlimlərdə fəallıq göstərən könüllülər MEK-in baş direktoru professor Məmməd Əliyev və “Qorqud” Vikipediya Metodik Klubunun yaradılmasının təşəbbüskarı Milli Məclisin deputatı Elnur Allahverdiyev tərəfindən sertifikat və fəxri diplomla təltif olunacaqlar”, - deyə Elnur Eltürk bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.