SİYASƏT


Elnur Məmmədov: ABŞ konqresmenlərinin birtərəfli qətnamələri sülh danışıqlarına zərər verir

Bakı, 22 may, AZƏRTAC

“Laçın” sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi ilə əlaqədar ABŞ-da fəaliyyət göstərən radikal erməni təşkilatlarının Konqres üzvlərinə təqdim etdikləri həqiqətə uyğun olmayan və əsassız məlumatların, bu çərçivədə ABŞ Konqresinin üzvləri tərəfindən birtərəfli və ABŞ-ın milli maraqlarına xidmət etməyən qətnamələrin irəli sürülməsi iki ölkə arasında əlaqələrlə yanaşı, hazırda davam edən sülh danışıqlarına da zərər verir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ-a işgüzar səfəri çərçivəsində Senatın və Konqresin Nümayəndələr Palatasının üzvləri ilə görüşündə səsləndirib.

Görüşlərdə ABŞ-Azərbaycan ikitərəfli əlaqələri, həmçinin regionda gedən proseslər, eyni zamanda, Ermənistanla aparılan sülh danışıqları barədə qarşı tərəf məlumatlandırılıb. Konqres üzvləri, həmçinin postmünaqişə dövründə davam edən mina təhdidləri, bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.