CƏMİYYƏT


Elnur Məmmədov: Ermənistan 30 il ərzində törətdiyi bütün cinayətləri inkar edib VİDEO

Bakı, 6 oktyabr, AZƏRTAC

Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edən zaman Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ortada olan videolar, bəzi digər faktlarla bağlı aparılan araşdırmalara dair yüzlərlə səhifədən ibarət sənədlər qovluğu təqdim edilib. Ermənistan tərəfi isə hər dəfə məsələ ilə məşğul olduğunu bildirib, bir neçə cümlədən ibarət arayış təqdim edib. Ermənistan bu günədək hərbi cinayətlər törətmiş heç bir şəxsi məsuliyyətə cəlb etməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində deyib.

O bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də bunlar qeydə alınıb. Beynəlxalq təşkilatlar bu məsələni Ermənistan qarşısında birmənalı qaldırmayıb. Ermənistan 30 il ərzində törətdiyi bütün cinayətləri inkar edib. Ermənistan heç bir məsələyə görə məsuliyyəti qəbul etməmək, bütün mümkün məsuliyyətdən boyun qaçırmaq niyyəti ilə törədilmiş cinayətləri inkar etmək, Azərbaycana qarşı qaralama kampaniyası aparmaq mövqeyindən çıxış edib. Son 10 ildə Ermənistan tərəfi bu cinayətləri törətmiş hər hansı şəxsi məsuliyyətə cəlb etməyib. Əksinə, həmin şəxslər erməni cəmiyyətində qəhrəman kimi təqdim olunublar.

Qeyd edək ki, brifinqdə yerli və xarici media nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.