SİYASƏT


Elnur Məmmədov: Ermənistanın beynəlxalq məhkəmədə Azərbaycana qarşı qaldırdığı məsələlər heç bir bəraət qazana bilmədi

Elnur Məmmədov: Ermənistanın beynəlxalq məhkəmədə Azərbaycana qarşı qaldırdığı məsələlər heç bir bəraət qazana bilmədi

Bakı, 8 dekabr, AZƏRTAC

Ermənistanın beynəlxalq məhkəmə qarşısında qaldırdığı əsas vəsatətlərdən biri Azərbaycan ərazisində cinayətlər törətmiş şəxslərin dərhal və qeyd-şərtsiz bu ölkəyə qaytarılması ilə bağlı idi. Bu məsələ ilə bağlı bütün ittiham aktları, çıxarılmış məhkəmə qərarları tərəfimizdən məhkəməyə təqdim edildi. Bununla da qarşı tərəfin qaldırdığı məsələ bəraət qazana bilmədi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov jurnalistlər üçün keçirilən brifinqdə deyib.

"Ermənistan son aylar ərzində beynəlxalq təşkilatlarda, bəzi ölkələrin parlamentlərində ermənipərəst qüvvələrin təsiri sayəsində Hərbi Qənimətlər Parkı ilə bağlı haqsız iddialar qaldırmışdı. Lakin bu vəsatət də uğursuzluqla nəticələndi. Beynəlxalq məhkəmədə terrorçu təşkilatlara Ermənistanda xüsusi rəğbətin olması da konkret faktlarla sübuta yetirildi.", - deyə nazir müavini vurğulayıb.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.