İDMAN


Elnur Məmmədov: MMA döyüşçülərinə də həmişə dəstək olmağa çalışmışam

Elnur Məmmədov: MMA döyüşçülərinə də həmişə dəstək olmağa çalışmışam

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycanı dünyada tanıdan idmançılarla birlikdə layihəmiz olacaq. Həmçinin fəxri qonaqların iştirakı da nəzərdə tutulub. Badr Hari ilə də yaxın münasibətimiz var. Onu da həmin layihədə görmək istəyirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Best Of The Best” tanıtım şirkətinin prezidenti Elnur Məmmədov azərbaycanlı kikboksçu Çingiz Allazov və muay-tay döyüşçüsü Xəyal Canıyevin iştirakı ilə təşkil edilən mətbuat konfransında deyib.

Azərbaycanda idmanın kikboksinq növünün hələ peşəkar səviyyədə olmadığını diqqətə çatdıran E.Məmmədov deyib ki, ölkəmizdə idmanın bu növünə həvəskar səviyyədə yanaşılır. Amma MMA növündə yaxşı idmançılarımız var. Ç.Allazovun nailiyyətini, bəlkə də, 100 il, 300 il ərzində heç kim təkrarlaya bilməz. O, döyüşlərdə yüksək səviyyəli idmançıları məğlub edib. Bunu təkrarlamaq çətindir. Həvəskar idmançılara da, MMA döyüşçülərinə də həmişə dəstək olmağa çalışmışam. Məşqçilər də bu işə peşəkar səviyyədə yanaşmalıdırlar. Mən özüm idmanla fəal məşğul olanda xaricdə hazırlıq keçdikdən sonra buraya gəlirdim və görürdüm yerli idmançılar zəifdir. İdmançılarımızın səviyyəsini artırmaq üçün məşqçilər öz üzərilərində çalışmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.