SİYASƏT


Elşad Mirbəşiroğlu: Vətən müharibəsində aldıqları dərs ermənilərin yaddaşından əsrlərlə silinməyəcək

Elşad Mirbəşiroğlu: Vətən müharibəsində aldıqları dərs ermənilərin yaddaşından əsrlərlə silinməyəcək

Bakı, 26 noyabr, AZƏRTAC

Ermənistanın bütün mənalarda rəzil duruma düşməsinin başlıca səbəbi erməni xalqının daimi şizofrenik vəziyyəti ilə bağlıdır. Proseslərin məntiqini bu və ya digər səviyyədə dərk edən bəzi ermənilər tarix boyu əzildiklərini, nəticədə bir şey əldə edə bilmədiklərini etiraf edirlər. Əslində, belə də olmalıdır. Sağalmaz şəkildə xəstə psixologiyaya malik olan, hər zaman dağıdıcılığı, vandalizmi, terroru fəaliyyətinin əsas istiqaməti kimi nümayiş etdirən bir xalqın aqibəti fərqli ola bilməzdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədr müavini, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib.

E.Mirbəşiroğlunun sözlərinə görə, regionda maraqları olan istənilən dövlət, ilk növbədə, erməniləri alət kimi görür. Çünki, region xalqlarından yalnız ermənilərin genetik kodunda qeyri-erməni olan hər bir kəsə münasibətdə yırtıcılıq, vəhşilik hissləri var. Vaxtilə rus tədqiqatçısı Veliçko yazırdı ki, ermənilər Qafqazda qeyri-erməni olan hər kəsi, hətta rusları da məhv etməyə hazırdırlar. O, qeyd edirdi ki, Azərbaycanın Tərtər kəndində rusların yaşadığı əraziyə erməni həkim göndərilmişdir. Bu həkim də tam əks müalicə apararaq, xəstələrin ölməsi üçün əlindən gələni edirdi. Bu zaman “gəbərin rus köpəkləri” ifadəsini işlətməkdən də çəkinmirdi. Ermənilərin bu xarakterinin planetar təhlükə olduğu şübhəsizdir.

“Bu xəstə xalq başa düşmür ki, qonşu xalqlara, xüsusilə də Azərbaycan xalqına qarşı barışmaz düşmənçiliyi nəticədə özlərinə baha başa gəlir. Yəni, ermənilər özləri özlərinə qəsd edirlər və bunu dərk etmirlər. Dərk etmiş olsaydılar, “ərik ölkəsi” partiyasının rəhbəri Zaruyi Postancyan özünün nə dərəcədə mənəvi deqradasiyaya uğradığını nümayiş etdirərək xalqımıza qarşı olduqca təhqiramiz ifadələr işlətməyə cəsarət etməzdi. Növbəti dəfə müşahidə edirik ki, rasizm, faşizm ermənilərin qanındadır və onları xilas etmək mümkün deyil”, - deyə siyasi elmlər doktoru vurğulayıb.

Deputat qeyd edib ki, bu başıpozuq xalqı hərəkətləndirən yalnız bir amil var, o da azərbaycanlılara nifrətdir. Bununla da, ermənilər həm də dünyaya nümayiş etdirirlər ki, onlar dinc-yanaşı mövcud olmaq mədəniyyətindən çox-çox uzaqdırlar. Amma Vətən müharibəsində aldıqları dərs əsrlərlə ermənilərin yaddaşından silinməyəcək. Ermənilər bu dərsdən nəticə çıxarmasalar, dövlət və xalq olaraq mövcudluqlarını itirmək təhlükəsi qarşısında qalacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.