Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Elşən Bağırzadə: İqtisadiyyatın dayanıqlı inkişafı rifah səviyyəsinin qorunub saxlanılması və artırılması üçün böyük əhəmiyyət kəsb edir

Elşən Bağırzadə: İqtisadiyyatın dayanıqlı inkişafı rifah səviyyəsinin qorunub saxlanılması və artırılması üçün böyük əhəmiyyət kəsb edir

Bakı, 9 yanvar, Leyla Qurbanova, AZƏRTAC

2018-ci il Azərbaycan üçün bir sıra iqtisadi uğurlarla yadda qalıb. Rəsmi statistikaya nəzər saldıqda, 2018-ci ilin də qeyri-neft sektoru göstəricilərində artım ili olduğunu görürük. Bu isə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, ölkədə formalaşmış rifah səviyyəsinin qorunub saxlanılması və artırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun müşaviri və Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Elşən Bağırzadə deyib.

O, qeyd edib ki, 2018-ci ildə ümumi daxili məhsul 1 faiz, qeyri-neft sektoru 1,3 faiz, neft sektoru isə 0,3 faiz artıb. Bu qeyri-neft sektorunun artım tempinin həm neft sektorunun, həm də bütövlükdə iqtisadiyyatın artım tempini üstələdiyini göstərir. Sektorlar üzrə də baxdıqda, rabitə 9,2 faiz, nəqliyyat 7,9 faiz, turizm 7,6 faiz, aqrar sahə 4,6 faiz, ticarət 2,3 faiz, sənayedə isə 1,3 faiz artım olub. Sənayenin neft sektorunda 0,3 faiz artım olduğu halda, qeyri-neft sektorunda bu göstərici 9,1 faiz təşkil edib. Eyni zamanda, ötən il qeyri-neft sektoruna qoyulan investisiyaların 21,2 faiz, qeyri-neft sənayesinə qoyulan investisiyaların isə 22,6 faiz artması göstərir ki, bu da qarşıdakı illərdə qeyri-neft sektorunda artımın davamlılığının təmin edilməsi baxımından əhəmiyyətlidir. İlkin rəqəmlərə əsaslansaq, ötən il ixracda 38,3, o cümlədən də qeyri-neft ixracında 10,9 faizlik baş verən artımı da Azərbaycanın valyuta bazarında və bütövlükdə maliyyə sektorunda sabitliyin təmin edilməsi baxımından əhəmiyyətli hesab etmək olar.

Elşən Bağırzadə 2018-ci ildə bütövlükdə, iqtisadiyyatın hökumətin gündəmindəki əsas məsələlərdən olduğunu vurğulayıb. O bildirib ki, xüsusilə ötən il Azərbaycanın iqtisadi diplomatiyası baxımından zəngin illərdən biri kimi yadda qalıb. Belə ki, ölkə Prezidenti səviyyəsində dünya iqtisadiyyatında mühüm rola malik beynəlxalq təşkilatların, ölkələrin və korporasiyaların rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib, razılaşmalar əldə edilib, Azərbaycanın xarici ölkələrdə ticarət evləri açılıb. İqtisadi baxımdan dünyanın ən güclü yeddi ölkəsindən ikisinin, Almaniya və İtaliyanın dövlət və hökumət başçıları Azərbaycanı ziyarət edib və bu səfərlərdə iqtisadi məsələlər ön planda olub. Ötən il qonşu ölkələrlə iqtisadi əlaqələrin dərinləşdirilməsi istiqamətində də mühüm addımlar atılıb, xüsusilə də Rusiya, Türkiyə, İran, Qazaxıstan və Türkmənistanla bu sahədə müvafiq razılaşmalar əldə edilib.

İqtisadçı alim ötən ilin mühüm iqtisadi hadisələrindən birinin, Aktauda Xəzərsahili ölkələrin “Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiya”sının imzalanması olduğunu bildirib. O, bu konvensiyanın bütövlükdə Xəzər regionunun gələcək iqtisadi inkişafı, eləcə də Azərbaycanın bu regionda bir çox iqtisadi maraqlarının təmin edilməsi baxımından əhəmiyyətini qeyd edib.

“2018-ci il Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizindəki mövqeyinin möhkəmləndirilməsinə xidmət edən bir sıra layihələrin də tamamlanması ilə yadda qalıb. Bunlar arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun tam şəkildə istifadəyə verilməsi xüsusi vurğulanmalıdır.

Azərbaycan iqtisadiyyatının gələcək inkişafı baxımından müstəsna əhəmiyyətə malik Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində də 2018-ci ildə mühüm nəticələr əldə edilib və bu dəhlizin əsas hissəsini təşkil edən TANAP tamamlanaraq, istifadəyə verilib”, - deyə o, əlavə edib.

Elşən Bağırzadə 2018-ci ilin Azərbaycan və Türkiyə iqtisadi əlaqələrinin dərinləşməsi istiqamətində atılmış möhtəşəm bir layihənin tamamlandığı il kimi də tarixə düşdüyünü qeyd edib. Bildirib ki, SOCAR-ın 6,3 milyard ABŞ dolları həcmində investisiya qoyaraq inşa etdiyi nəhəng “Star” neftayırma zavodunun açılışı da məhz bu ildə baş verib: “Bu Azərbaycanın xaricdəki ən böyük investisiyasıdır və Türkiyə iqtisadiyyatının enerji təminatı və dayanıqlı inkişafı baxımından da fövqəladə əhəmiyyətə malikdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdəddir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir