CƏMİYYƏT


Elsevər Ağayev: Ötən il 44 ton qan tədarük olunub

Bakı, 22 avqust, AZƏRTAC

Bakıda XIX Beynəlxalq Gənclər Forumu keçirilir. Forumda dünyanın 30-dan çox ölkəsindən gənclər, beynəlxalq təşkilatların, qan donorluğu sahəsində ictimai birliklərin nümayəndələri iştirak edirlər. Builki forum gənclər arasında qan donorluğuna həsr olunub. Qeyd edim ki, ölkə başçısının təsdiq etdiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının bəndlərindən biri də gənclər arasında qan donorluğunun təbliği və təşviqindən ibarətdir.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında deyib.

“Azərbaycanda qan donorluğu sahəsində çox uğurlu addımlar atılıb. Əvvəllər qan donorluğu sahəsində müəyyən problemlər var idi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən etibarən “Talassemiyasız həyat naminə” layihəsi həyata keçirilir. Nəticədə bu sahədə olan problemlər aradan qalxıb. Əgər 2005-ci ildə qan tədarükü 10 tona yaxın idisə, ötən il təxminən 4.5 dəfə artaraq 44 ton olub. Ölkənin hər yerində təsdiq olunmuş plana uyğun olaraq qanvermə aksiyaları keçirilir. İnsanlar könüllü olaraq aksiyalara qoşulurlar. Bu, humanist və vətənpərvər addımdır. Səhiyyənin elə bir sahəsi yoxdur ki, orada qan və onun komponentlərindən istifadə olunmasın”, - deyə nazir müavini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.