İDMAN


Eltac Səfərli Azərbaycan çempionatına qələbə ilə başlayıb

Bakı, 4 may, AZƏRTAC

Bu gün Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatının birinci turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda 12 şahmatçı dairəvi sistem üzrə mübarizə aparır.

Yekun nəticələrə görə, Eltac Səfərli Urfan Sevdimalıyevə qalib gələrək aktivinə 1 xal yazdırıb. Digər oyunlarda - Nicat Abasov Aydın Süleymanlı, Vüqar Əsədli Nicat Məmmədov, Misrətdin İsgəndərov Abdulla Qədimbəyli, Kənan Qarayev Vasif Durarbəyli, Fərid Abbasov Məhəmməd Muradlı ilə heç-heçə ediblər.

On bir turdan ibarət olan yarışın yarımfinal mərhələsi mayın 15-də başlayacaq. Turnir mayın 18-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.