İDMAN
Eltac Səfərli İranda keçirilən Xəzər kuboku yarışlarının reytinq favoritidir
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də İranın Ənzəli şəhərində şahmat üzrə Xəzər kuboku yarışları start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışların güclü “Starts cup” turnirində azərbaycanlı şahmatçı Eltac Səfərli də iştirak edir. Şahmatçımız turnirin reytinq favoritidir.
79 oyunçunun (onlardan 6-sı qrossmeysterdir) qatıldığı yarışların “A” turnirində üç azərbaycanlı şahmatçı - Azər Mirzəyev, Kənan Əhədzadə və Emin Novruzov mübarizə aparır.
137 şahmatçının iştirak etdiyi “B” (U-2100) turnirində təmsilçilərimiz Siruz Həsənli, Mələk İsmayıl və Habil Cavadov güclərini sınayırlar. “D” turnirində Xatun Bağırova, Jalə Babazadə, Leyla Budaqova, Gülsənəm Ağayeva və Əsmər İbrahimzadə yarışırlar. “E” (U-14) turnirində isə Cavanşir Həşimov, İbrahim Bağırov, Aysel Abbasova, Allahverdi Allahverdili, Əsna Babayeva və Yunus Quliyev mübarizə aparırlar.
Yarış İsveçrə sistemi üzrə keçirilir.