İDMAN


Eltac Səfərli İspaniyada keçirilən beynəlxalq turnirdə liderlər qrupunda mübarizə aparır

Bakı, 5 dekabr, AZƏRTAC

İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turnirində Azərbaycan təmsilçiləri mübarizəni uğurla davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, beşinci turda şahmatçılarımızdan Eltac Səfərli və Məhəmməd Muradlı qələbə qazanıblar. Digər təmsilçimiz Aydın Süleymanlı isə heç-heçə edib. Hazırda E.Səfərli 4 xalla liderlər qrupunda mübarizə aparır. M.Muradlı 3,5, A.Süleymanlı isə 3 xala malikdirlər.

İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olan turnir dekabrın 12-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.