REGİONLAR


Elton Hüseynəliyev: Naxçıvanda sənətə, sənətçiyə böyük hörmət var

Naxçıvan, 17 iyun, Rauf Kəngərli, AZƏRTAC

Naxçıvan şəxsiyyətlər diyarıdır. Ulu öndərimiz məhz bu diyarda dünyaya göz açıb, burada boya-başa çatıb. Dahi şəxsiyyət Naxçıvandan Bakıya siyasi hakimiyyətə Qayıdışı ölkəmizin xilası ilə nəticələnib. Bu mənada Milli Qurtuluş Günündə Ümummilli Lidermizi üçün hər zaman doğma və əziz olan Naxçıvanda olmaq, burada konsert proqramında çıxış etmək mənim üçün qürurvericidir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində tanınmış müğənni Elton Hüseynəliyev deyib.

O qeyd edib ki, Heydər Əliyev yoluna sədaqəti ilə seçilən muxtar respublika bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə uğurla inkişaf edir. Ötən günlərdə Naxçıvanda əldə edilən hərbi nailiyyət də hər bir azərbaycanlını sevincinə səbəb oldu. “Alınmaz qala” adlandırılan Naxçıvanda 11 min hektar ərazi düşməndən azad edilib. Bu torpaqların alınması bizi yeni-yeni qələbələrə ruhlandırır.

Elton Hüseynəliyev deyib: “Naxçıvanda bir neçə dəfə keçirilən tədbirlərdə iştirak etmişəm. Hər dəfə də təşkilatçılığın yüksək səviyyədə olduğunu görmüşəm. Bu dəfə də iyunun 15-də - Milli Qurtuluş Günündə Naxçıvan Muxtar Respublika Stadionunda görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” turnirinin açılış və bağlanış mərasimlərində, həmçinin Milli Qurtuluş Günü və Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi münasibətilə təşkil olunan konsert proqramlarında iştirak etdim. Hər iki tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Burada sənətə, sənətçiyə böyük hörmət var”.

O vurğulayıb ki, Naxçıvan çox gözəl şəhər və abad şəhərdir. “Hər dəfə bura gələrkən müsbət mənada dəyişikliklərin şahidi oluram. Şəhərdə səliqə-sahman, təmizlik həmişə diqqətimi cəlb edib. Burada nizam-intizam da yüksək səviyyədədir” – deyən müğənni bildirib ki, burada ətraf mühitə çox həssaslıqla yanaşılır. Tutduğu vəzifədən asılı olmayaraq hər kəs həftənin altıncı günlərində ağacəkmə kampaniyalarında yaxından iştirak edir, yaşıllıqlara qulluq göstərir. Bu mənada Naxçıvan nümunədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.