İDMAN


Elvin Camalov və Coy Lens Mikels üçün əlamətdar oyun

Elvin Camalov və Coy Lens Mikels üçün əlamətdar oyun

Bakı, 7 fevral, AZƏRTAC

Azərbaycan Premyer Liqasının XXI turu “Sabah”ın futbolçuları Elvin Camalov və Coy Lens Mikels üçün əlamətdar olub.

AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, “Səbail”lə görüşdə hesabı açan 30 yaşlı almaniyalı yarımmüdafiəçi mövsümdə 12-ci qolu vurub. Bu, klub tarixində yeni rekorddur. İndiyədək “Sabah”ın heç bir futbolçusu Premyer Liqanın bir mövsümündə bu qədər qol vurmamışdı. Əvvəlki rekordun müəllifi də Coy Lens idi. O, ötən çempionatda 11 qola sevinmişdi.

“Sabah”ın kapitanı isə Premyer Liqada yubiley görüşünə çıxıb. “Səbail”lə qarşılaşma E.Camalovun ölkə çempionatlarında 200-cü matçı olub. İyirmi səkkiz yaşlı yarımmüdafiəçi Premyer Liqada 2013/2014-cü il mövsümündə debüt edib. Üç klubun - “Qəbələ”, “Zirə” və “Sabah”ın formasını geyinmiş futbolçunun aktivində 2 qol var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.