İDMAN
Elvin Mürsəliyev: Güləş üzrə dünya çempionatında daha yüksək nəticə əldə etmək istəyirəm
Bakı, 8 oktyabr, AZƏRTAC
Dünya çempionatının başlamasına bir neçə gün qalır. Hər dəqiqə bizim üçün qiymətlidir. Analoji yarışlarda iki bürünc medal qazanmışam. Macarıstanda növbəti dünya çempionatında daha yüksək nəticə əldə etmək istəyirəm.
Bu sözləri güləş üzrə dünya çempionatının ikiqat bürünc, Avropa çempionatının gümüş və bürünc mükafatçısı, birinci Avropa Oyunlarının qalibi Elvin Mürsəliyev AZƏRTAC-a müsahibəsində deyib.
O, bir neçə gündən sonra dünya çempionatına gedəcək heyətin tam müəyyənləşəcəyini bildirib: “Mənə etimad göstərilərsə ümidləri doğrultmağa çalışacağam. Güləş dünyada çox məşhurdur. Dünya çempionatında zəif rəqiblər olmur. Azərbaycan güləşçiləri də dünyanın ən güclü pəhləvanlarından hesab olunurlar. Ona görə bizim məsuliyyətimiz daha da artır. Azərbaycanı yüksək səviyyədə təmsil etmək üçün bütün qüvvəmizi səfərbər edəcəyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]