İDMAN


Elvin Mürsəliyev: Hakimlərin nöqsanlarına görə finala çıxa bilmədim VİDEO

Paris, 23 avqust, AZƏRTAC

Görüşlər çox ağır idi. İlk görüşüm rus idmançısı Roman Vlasov ilə oldu. O, iki dəfə Olimpiya çempionu, üçqat Avropa və üçqat dünya çempionudur. Ona qalib gələndən sonra özümü finalda qızıl medalçı kimi görürdüm.

Bu fikri AZƏRTAC-a müsahibəsində Parisdə keçirilən dünya çempionatının bürünc medalçısı Elvin Mürsəliyev söyləyib.

O bildirib ki, ikinci görüşü erməni əsilli Polşa idmançısı ilə olub və rəqibinə vaxtından əvvəl tam üstünlüklə qalib gəlib.

“Ancaq təəssüf olsun ki, yarımfinalda hakimlərin bəzi nöqsanlarına görə finala çıxa bilmədim və bürünc medal qazandım.

Ümumiyyətlə, mən çempionata medal qazanmaq üçün gəlmişdim. İstəyimə nail oldum. Qarşılaşdığım hər bir idmançı çox güclü rəqiblər idi. Çəkdiyim əziyyətin bəhrəsini görmək istəyirdim”, - deyə Elvin Mürsəliyev qeyd edib.

Bakıya qayıtdıqdan sonra məşqçilər korpusunun gələcək planları müəyyən edəcəyini diqqətə çatdıran Azərbaycanlı idmançı bildirib ki, məqsədi növbəti Avropa və dünya çempionatlarında bürünc medalı qızıl medalla əvəz etməkdir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.