MƏDƏNİYYƏT


Elvin Qəniyev beynəlxalq festivalda çıxış edəcək

Bakı, 6 sentyabr, AZƏRTAC

Beynəlxalq müsabiqələr laureatı Elvin Xoca Qəniyev sentyabrın 15-də “Mənim dostlarım – mənim sərvətim” Düsen Kaseinov Beynəlxalq Festivalında çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, Kurmanqazı adına Qazax Milli Konservatoriyasının böyük zalında təşkil olunacaq skripka musiqisi konsertində İ.S.Bax, P.Sarasate, E.İjai, S.Prokofyev və Q.Qarayevin əsərləri səsləndiriləcək. Azərbaycanlı skripkaçını fortepianoda beynəlxalq müsabiqələr laureatı Marina Altuxova müşayiət edəcək.

Virtuoz skripkaçı Elvin Qəniyev Azərbaycan, Rusiya, Fransa, Almaniya, Yunanıstan, Polşa, İsveçrə, Belarus və digər ölkələrdə keçirilən bir sıra nüfuzlu beynəlxalq festivallarda iştirak edib. Avstriya, Fransa, İsveçrə, Azərbaycan, Rusiya, İspaniya, Gürcüstan, Albaniya, Qazaxıstan, Böyük Britaniya, Belçika, Çexiya, Norveç, Belarus, Almaniya, İtaliya və Misirdə solo konsertlər verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.