İDMAN


Elvin Yunuszadə həftənin ən yaxşı futbolçusu seçilib

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 6-da Azərbaycan Premyer Liqasının XV turunun ən yaxşı futbolçusu müəyyənləşib.

AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XV turunun ən yaxşı futbolçusu “Səbail”in oyunçusu Elvin Yunuszadə seçilib. O, “Keşlə”yə qarşı görüşdə 90 dəqiqə meydanda mübarizə aparıb və rəqibin qapısına vurduğu bir qolla yadda qalıb. Araşdırmalara əsasən, Elvin Yunuszadə turun ən yaxşı indeksə malik futbolçusudur.

Qeyd edək ki, Elvin Yunuszadə XV turun rəmzi komandasında da yer alıb. Həftənin ən yaxşı futbolçusu və rəmzi komandası “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.