Elxan Mikayılov: İstehlak edilən qidaların 80 faizi bitkilərdən əldə olunur
AzerTAg.az
Bakı, 12 may, AZƏRTAC
Bu il BMT tərəfindən ilk dəfə olaraq 12 may - Beynəlxalq Bitki Sağlamlığı Günü kimi elan edilib. Burada əsas məqsəd dünya ölkələrinin diqqətini bitki sağlamlığı məsələlərinə çəkmək və bununla ölkələrdə ərzaq təhlükəsizliyinin təmin olunması, eyni zamanda aclıqdan əziyyət çəkən xalqların ərzaq təminatı səviyyəsinin yüksəldilməsidir. BMT-nin məlumatına əsasən, dünyada istehlak edilən qidaların 80 faizi bitkilərdən əldə olunur və bu məhsulların 40 faizi bitkilərdə mövcud olan zərərli orqanizmlərin - həşəratlar, virus və bakteriyalar hesabına məhv olur.
Bunu AZƏRTAC-a müsahibəsində Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov deyib.
“Bitki sağlamlığı dedikdə əsas məqsəd bitkilərdə mövcud olan zərərvericilərlə mübarizənin gücləndirilməsi, eyni zamanda ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin təmin olunması və ölkələrarası beynəlxalq ticarətin təşkili zamanı bu zərərvericilərin bir ölkədən digərinə daşınmasının qarşısının alınması planlaşdırılır. Hazırda ölkəmizdə bu istiqamətdə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda bitkiçilik sahəsində fəaliyyət göstərən təsərrüfatlara maarifləndirici materiallar paylanılır. Digər ərazilərdə də ağacəkmə aksiyası davam edir”, - deyə qurumun aparat rəhbəri qeyd edib.

Xəbərin mətnində orfoqrafik səhv var