İQTİSADİYYAT
Emal sənayesində 10,1 milyard manatlıq məhsul istehsal olunub
Bakı, 12 avqust, AZƏRTAC
Emal sənayesində cari ilin yanvar-iyul aylarında 10 milyard 136,4 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 11,5 faiz artım, tütün məmulatlarının istehsalında 2,4 faiz, içki istehsalında isə 6,9 faiz azalma müşahidə olunub. Bu sahələrin əsas məhsullarından marqarin istehsalı 34,6 faiz, duru bitki yağlarının istehsalı 3,8 faiz, kərə yağının istehsalı isə 0,9 faiz artıb.