İQTİSADİYYAT
Emal sənayesində 10 milyard manatlıq məhsul istehsal olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Emal sənayesində yanvar-avqust aylarında 10 milyard 124,3 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 55,1 faiz, qida məhsullarının istehsalında 6,2 faiz, içki istehsalında isə 2,9 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 55,2 faiz, kərə yağının istehsalı 4,9 faiz, kolbasa məmulatlarının istehsalı 1,9 faiz artıb, duru bitki yağlarının istehsalı 1,7 faiz, marqarin istehsalı isə 6,1 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]