İQTİSADİYYAT


Emal sənayesində 12,4 milyard manatlıq məhsul istehsal edilib

Bakı, 22 yanvar, AZƏRTAC

2020-ci ildə emal sənayesində 12 milyard 38,3 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki illə müqayisədə tütün məmulatlarının istehsalında 7,9 faiz, içki istehsalında 13,7 faiz, qida məhsullarının istehsalında isə 2,1 faiz azalma müşahidə olunub. Bu sahələrin əsas məhsullarından kolbasa məmulatları 36,5 faiz, marqarin istehsalı 5,6 faiz, kərə yağı istehsalı 1,2 faiz, duru bitki yağları 0,5 faiz artıb, cem və marmelad istehsalı 13,6 faiz, qənd və şəkər tozunun istehsalı isə 9 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.