İQTİSADİYYAT


Emal sənayesində 3,9 milyard manatlıq məhsul istehsal olunub

Bakı, 22 may, AZƏRTAC

Yanvar-aprel aylarında emal sənayesində 3 milyard 977,9 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 18,9 faiz, içki istehsalında 8,3 faiz, qida məhsullarının istehsalında isə 8,1 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından qaymaq və xama istehsalı 41,2 faiz, kolbasa məmulatları 28,6 faiz, marqarin istehsalı 28,5 faiz, kərə yağı istehsalı isə 2 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.