İQTİSADİYYAT
Emal sənayesində 4,6 milyard manatlıq məhsul istehsal olunub
Bakı, 19 iyul, AZƏRTAC
Emal sənayesində yanvar-iyun aylarında 4,6 milyard manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə tütün məmulatları istehsalında 31,4 faiz azalma, qida məhsulları istehsalında 2,7 faiz, içki istehsalında isə 30,6 faiz artım müşahidə olunub.
Bu sahənin əsas məhsullarından pendir və kəsmik istehsalı 5,5 faiz, kolbasa məmulatları istehsalı 1,7 dəfə, marqarin istehsalı 23,6 faiz, duru bitki yağları istehsalı 4,4 faiz, cem və marmelad istehsalı 4,0 faiz, alkoqolsuz içki istehsalı 9,9 faiz, pivə istehsalı 15,2 faiz artıb, bununla yanaşı, qənd və şəkər tozu istehsalı 32,9 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.01.2023 [16:49]
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
- 08.04.2022 [17:27]
Sahibkarların sənaye zonalarına marağı artır
- 18.12.2021 [13:09]
Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib
- 18.12.2021 [12:46]
Keçən ay mis filizləri və konsentratlarının istehsalı artıb
- 17.12.2021 [17:04]
Ötən ay 320,1 kiloqram qızıl istehsal edilib
- 16.12.2021 [16:02]
Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
- 17.11.2021 [14:52]