İQTİSADİYYAT
“Embafinans” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 14-də Bakı Fond Birjasında (BFB) “Embafinans” MMC-nin AZ2005020600 ISIN-li, 1 milyon manat həcmində, bir il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, yerləşdirmə zamanı hərrac qiyməti 1000 AZN olub. Sifarişlər 5 investor tərəfindən təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon 523 min manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1 milyon manat təşkil edib. İstiqrazlar gələn il noyabrın 14-də ödəniləcək.
“Embafinans” MMC-nin istiqrazları Bakı Fond Birjasının standart bazar seqmentində listinqdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]