“Embafinans” QSC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib
AzerTAg.az

Bakı, 17 avqust, AZƏRTAC
Avqustun 17-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” QSC-nin ümumi dəyəri 4 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizsiz, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 4 min ədəd, nominal dəyəri min manat, illik faiz dərəcəsi 10 faiz, tədavül müddəti 3 ildir. Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya şirkəti” QSC-dir. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə etmək olar.
Xəbərin mətnində orfoqrafik səhv var