İQTİSADİYYAT


“Embafinans” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 17-də Bakı Fond Birjasında (BFB) “Embafinans” QSC-nin ədavül müddəti bir təqvim ili olan AZ2007020608 dövlət qeydiyyat nömrəli, 1 milyon 500 min manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 11 investor tərəfindən 11 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 10,5 faiz, faiz ödəniş dövrü isə 30 gün təşkil edir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2 milyon 193 min manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1 milyon 500 min manat olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.