İQTİSADİYYAT


“Embafinans”ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” MMC-nin AZ2005020600 İSİN-li, hər birinin nominal dəyəri 1000 AZN olan 1000 ədəd, sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, noyabrın 14-də birqiymətli hərrac üsulu ilə istiqrazların yerləşdirilməsi həyata keçiriləcək.

Adlı, faizli, təmin edilməmiş istiqrazın hərraca çıxarılan həcm 1 000 000 AZN, nominal dəyəri 1000 АZN, hərrac qiyməti 1000 AZN, tədavül müddəti 365 gün, faiz dərəcəsi 10.5 faizdir. “Unicapital İŞ” ASC anderrayter vəzifəsində çıxış edir.

İstiqrazların emissiya prospekti Bakı Fond Birjasının “Emitentlər” bölməsində yerləşdirilib. Ticarətdə iştirak etməkdə maraqlı olanlar birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.