MƏDƏNİYYƏT
Emil Qədirov “Böyük Qələbənin mahnıları” adlı konsert proqramında çıxış edəcək
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 25-də Xilaskar İsa Məbədinin kilsə zalında “Böyük Qələbənin mahnıları” adlı konsert proqramı olacaq. Konsertdə həmvətənimiz Emil Qədirov da çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Emil Qədirovun rəsmi saytında yer alıb.
E.Qədirov Kreml Sarayında, İttifaqlar evinin sütunlu salonunda, Moskva musiqi evi, Mərkəzi alimlər evi, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. Rusiyanın “Qolos” layihəsinin iştirakçısı olan E.Qədirov hazırda “Qradskiy Holl” teatrının solistidir. Onun repertuarına dünya klassik operasından ariyalar, dünya bəstəkarlarının romansları və estrada mahnıları daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]