MƏDƏNİYYƏT


Emil Qədirov Moskvada solo konsert proqramı təqdim edəcək

Bakı, 11 fevral, AZƏRTAC

Müğənni və gitaraçı Emil Qədirov martın 21-də Moskvada “Vegas City Hall”da solo konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC musiqiçinin saytına istinadla xəbər verir ki, iki hissədən ibarət konsertdə Emil Qədirov həm dünya hitlərini yeni tərzdə səsləndirəcək, həm də estrada kompozisiyalarından tutmuş instrumental musiqiyədək müəllif mahnıları ilə çıxış edəcək. Bu barədə məlumat “Vegas City Hall”un saytında da yer alıb.

E.Qədirov Kreml Sarayında, İttifaqlar evinin sütunlu salonunda, Moskva musiqi evi, Mərkəzi alimlər evi, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. O, Rusiyanın “Qolos” layihəsinin iştirakçısı olub, hazırda “Qradskiy Holl” teatrının solistidir. Həmvətənimizin repertuarına dünya klassik operasından ariyalar, dünya bəstəkarlarının romansları və estrada mahnıları daxildir. 2017-ci ildə onun “Məhəbbət, sən nifrətlə dostluq edirsən...” albomunun təqdimatı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.