MƏDƏNİYYƏT
Emil Qədirov “Qradskiy Holl” teatrında solo konsert proqramı ilə çıxış edəcək
Bakı, 16 sentyabr, AZƏRTAC
Rusiyada yaşayan həmvətənimiz Emil Qədirovun noyabrın 17-də “Qradskiy Holl” teatrında “Odlar yurdunda” (“V strane oqney”) adlı solo konserti keçiriləcək. O, teatrın eyniadlı orkestri ilə birlikdə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə musiqiçinin və “Qradskiy Holl” teatrının saytlarında məlumat yer alıb.
E.Qədirov Kreml Sarayında, İttifaqlar Evinin sütunlu salonunda, Moskva musiqi evi, Mərkəzi alimlər evi, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. Rusiyanın “Qolos” layihəsinin iştirakçısı olan E.Qədirov hazırda “Qradskiy Holl” teatrının aparıcı solistidir. Bakıda keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalında iştirak edir. Bu il “Novaya volna” müsabiqəsinin xüsusi mükafatına layiq görülüb. Onun repertuarına dünya klassik operasından ariyalar, müxtəlif ölkələrin bəstəkarlarının romansları və estrada mahnıları daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]