MƏDƏNİYYƏT
Emil Qədirov “Sibir Romansiadası”nın fəxri qonağı olacaq
Bakı, 29 oktyabr, AZƏRTAC
Noyabrın 18-19-da Rusiyanın Tomsk şəhərində rus romansının gənc ifaçıları arasında “Romansiada” XXI beynəlxalq müsabiqəsinin Sibir turu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Moskvada yaşayan həmvətənimiz, Rusiya Televiziyasının Birinci kanalının “Qolos” layihəsinin dördüncü mövsümünün iştirakçısı gənc vokalçı Emil Qədirov müsabiqənin fəxri qonağı olacaq.
E.Qədirov Kreml Sarayında, İttifaqlar Evinin sütunlu salonunda, Moskva musiqi evində, Mərkəzi alimlər evində, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. Hazırda “Qradski Holl” teatrının solisti olan həmvətənimizin repertuarına dünya klassik operalarından ariyalar, müxtəlif ölkələrin bəstəkarlarının romansları və estrada mahnıları daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]