MƏDƏNİYYƏT


Emil Şahin “Bir sevgi hekayəsi” operettası ilə yaradıcılığa qayıdır

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycanlı bəstəkar Emil Şahin dördillik fasilədən sonra təmtəraqlı premyera ilə - “Bir sevgi hekayəsi” operettası ilə yaradacılığa qayıdır.

AZƏRTAC xəbər verir ki, operetta klassik musiqi və muğamın sintezi ilə ərsəyə gətirilib.

Librettonun müəllifi deyib: “Həyatı yaradıcılıq olmadan təsəvvür etmək mümkünsüzdür. Möhtəşəm layihəyə SSRİ Xalq artisti Fidan Qasımova, Azərbaycanın Xalq artistləri Xuraman Qasımova, Alim Qasımov və Elçin Əzizov, Əməkdar artist Fərqanə Qasımova kimi adlı-sanlı artistlər və digərləri dəvət ediləcək. Operetta üç aktda təqdim ediləcək. Qarşıda çox böyük iş var: repetisiyalar, dekorasiyalar, kostyumlar və s. Layihənin təqdimatı Bakıda olduqdan sonra operetta Azərbaycanın mədəni dəyərlərini bundan sonra da təbliğ etmək məqsədilə beynəlxalq arenada təqdim olunacaq”.

E. Şahin bir sıra hitlərin müəllifidir, onların arasında “Xəyallar”, "Follow may way" və başqaları var. Azərbaycanın Xalq və Əməkdar artistləri onun mahnılarını səsləndiriblər. Bakıda hərbi qulluqçular üçün konsertlər, eləcə də xarici ulduzların iştirakı ilə Bakıda konsertlər təşkil edib. “Emil Şahin” prodüser mərkəzinin rəhbəridir. Musiqi sənəti sahəsində bir sıra milli mükafatların, o cümlədən “Qrand”, “Seçilənlər”, “Nəğmə payızı”, “İlin bəstəkarı” və digərlərinin laureatıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.