Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Emil Şükürov: Gələn il fristayl futbol üzrə ilk Azərbaycan çempionatını keçirməyi planlaşdırırıq

Bakı, 2 noyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, ötən ay Berlində fristayl futbol üzrə Avropa çempionatı keçirilib. Azərbaycan ilk dəfə bu çempionatda ilk iki idmançı ilə təmsil olunub. Ölkəmiz üçün yeni olan idman növünü daha yaxından tanımaq üçün AZƏRTAC-ın əməkdaşı “Freestyle Football Azerbaijan”ın rəhbəri Emil Şükürovdan müsahibə alıb. Müsahibəni təqdim edirik:

- Fristayl futbol nədir və ənənəvi futboldan nə ilə fərqlənir?

- Fristaylın digər futbol növlərindən fərqi komanda deyil, fərdi idman növü olmasıdır. Topla hərəkətlərin üç növü var: bədənin yuxarı hissəsi - baş, çiyin və qollarla, ayaqlarla və yerdə yerinə yetirilən hərəkətlər. Hər hansı şəxs, istənilən yaşda və məkanda fristaylla məşğul ola bilər. Yetər ki, top və onu ram etmək həvəsi olsun. Təsadüfi deyil ki, fristaylın şüarı “Ehtiyacın olan tək şey topdur” (All you need is a ball) kimi səslənir.

- “Freestyle Football Azerbaijan” nə vaxt yaranıb?

Fristayl üzrə ilk dünya çempionatı on il əvvəl - 2008-ci ildə keçirilib və bu yarışın ilk qalibi fransalı Sean Qarnye olub. Məhz onun göstərdiyi performans, topla hərəkətləri məndə bu idman növünə maraq yaratdı. 2013-cü ildən sosial şəbəkələr vasitəsilə Azərbaycanda yerli fristaylerləri axtarmağa başladım və yalnız iki ildən sonra komandamızın ilk üzvləri ilə tanış oldum. Bu zaman ərzində fristayl futbolun dünya üzrə əlaqələndiriciləri Daniel Vud və Lukas Skoda ilə daimi fikir mübadiləsi aparır, əlaqə saxlayırdım. Təəssüf ki, komanda üzvlərindən bir neçəsi ölkə xaricinə getdiyindən bu idman növünün inkişafı prosesi bir qədər ləngidi. Buna baxmayaraq, komandamızın daimi dörd üzvü var. Qeyd edim ki, Sean Qarnye iki dəfə Azərbaycanda olub. Xoş təsadüfdən hər səfəri zamanı komandamıza yeni üzvlər qoşulub.

- Avropa çempionatındakı çıxış barəsində məlumat verərdiniz.

- Fristayl üzrə bir neçə turnir var: ölkə çempionatı, qitə yarışı və dünya çempionatı. Ümumdünya Fristayl Futbol Assosiasiyası (ÜFFA) bu yarışların təşkili ilə məşğul olan qurumdur. Bizim ölkəmizdə fristaylla məşğul olan idmançıların sayının azlığından hələlik ölkə çempionatını keçirmirik. Komanda heyətimiz sabitləşəndən sonra ÜFFA ilə daha sıx münasibətlər qurduq və bu idman növünün inkişaf etdirilməsi üçün tövsiyələr aldıq. Avropa çempionatına qədər fristaylerlərimiz bir sıra yerli tədbirlərdə çıxış ediblər. Təbii ki, rəqabət olmayan yerdə inkişaf olmaz. Fristayl futbolun təqvimində iştirak edə biləcəyimiz iki yarış var idi - avqustda Praqada Superball və oktyabrda Berlində Avropa çempionatı. Superball açıq dünya çempionatıdır və orada 500-dən çox fristayler məharətini nümayiş etdirir. Bu yarışa hazırlaşmaq üçün kifayət qədər zamanımız olmadı. Buna görə də Berlində keçirilən Avropa çempionatında iştirak etmək qərarına gəldik. Necə deyərlər, həm özümüzü göstərdik, həm də başqalarına baxdıq. Səhnədə Avropa ölkələrinin bayraqları sırasında üçrəngli bayrağımızı da görmək çox qürurverici idi. İlk çempionatda ölkəmizi Ruslan Quliyev və Nicat Səfərov təmsil edirdilər. Ümumilikdə, bu Avropa çempionatı rekord sayda ölkə və iştirakçı ilə əlamətdar oldu. Yarışda 21 ölkədən 105 idmançı iştirak edirdi. Ruslan və Nicat qrup mərhələsini keçə bilməsələr də, uğurla çıxış etdiklərini deyə bilərəm. Belə ki, Nicat qrup mərhələsində yerinə yetirilmiş ən çətin fristayl hərəkətinə görə münsiflər heyəti tərəfindən xüsusi qiymətləndirilib. Ruslan isə Adidas Tanqo Liqasının yeni simalarından biri seçilib və onun etdiyi mürəkkəb fristayl hərəkətləri müvafiq mobil əlavədə yer alıb.

- Qarşıda hansı hədəflər var?

İndiyə qədər daha çox ölkədaxili yarışlarda çıxış etsək də, Avropa çempionatı qarşımızda yeni hədəflər qoydu. Artıq bu idman növünün kütləviləşməsi, yeniyetmə və gənclər arasında populyarlaşması istiqamətində işlərə başlamışıq. Növbəti il ilk Azərbaycan çempionatını keçirmək fikrimiz var. Bunun üçün ölkə xaricində yaşayan azərbaycanlı fristaylerləri də komandamıza cəlb etməyə çalışırıq. Fuad Həziyev, Səid Məmmədov və Rəhim Həsənovla ilkin razılaşma əldə olunub. Qeyd edim ki, qürbətdə yaşayan soydaşlarımız bizə ən başdan öz dəyərli məsləhətləri ilə dəstək olublar. Ölkə çempionatının qalibi isə “Redbull Street Style” (fristayl üzrə dünya çempionatı) finalına vəsiqə qazanır. Təcrübə toplamaq məqsədilə noyabrın 19-23-də Varşavada keçiriləcək növbəti dünya çempionatında iştirak etməyi planlaşdırırıq. Xüsusən də son zamanlar dünya fristayl futbolunda liderliyi əldən verməyən Norveç və Polşanın təcrübəsindən yararlanmaq istəyirik. “Freestyle Football Azerbaijan” olaraq həm Avropa, həm də Ümumdünya Fristayl Futbol Assosiasiyalarının tamhüquqlu üzvlüyünə qəbul olmaq qarşımızda duran prioritet məsələlərdəndir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb