CƏMİYYƏT


Emiliya Bayramova: “ASAN könüllüləri” olaraq Şuşada layihələrin həyata keçirilməsinə öz töhfələrimizi verəcəyik

Şuşa, 14 sentyabr, Leyla Qurbanova, AZƏRTAC

Şuşaya səfərimizdən doğan təəssüratları dillə ifadə etməkdə çətinlik çəkirik. Azərbaycanın incisi Şuşa bütün əzəməti ilə qarşımızda dayanıb. Otuz ilə yaxın düşmən tapdağı altında olan dədə-baba torpaqlarımıza, ana yurdumuza həsrət qalmışdıq. İndi bütün varlığımızla Şuşaya sığınmışıq.

Bu sözləri ASAN Könüllüləri Təşkilatının sədri Emiliya Bayramova sentyabrın 13-də Şuşada AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, könüllü təşkilatlarında təmsil olunan hər bir azərbaycanlı gəncin əsas missiyası Şuşanın, Qarabağın quruculuğuna öz töhfələrini verməkdir: “Artıq Qarabağda, eləcə də, Şuşada böyük quruculuq işləri başlayıb. Şuşada “ASAN xidmət” Mərkəzinin açılması nəzərdə tutulub. Biz də “ASAN könüllüləri” olaraq Şuşada layihələrin həyata keçirilməsinə öz töhfələrimizi verəcəyik”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.