İDMAN


Emiliya Eyvazova: Çalışacağıq ki, növbəti oyunda bizi dəstəkləyənləri sevindirək

Bakı, 26 iyul, AZƏRTAC 

Rumıniya komandası ilə bugünkü qarşılaşmamız çox maraqlı keçdi. Rəqib komandanın güclü və yetərincə peşəkar olmasına baxmayaraq ciddi mübarizə apardıq.

Bunu AZƏRTAC-a müsahibəsində qadın həndbolçulardan ibarət Azərbaycan milli komandasının oyunçusu Emiliya Eyvazova deyib.

O, XV Avropa Gənclər Yay Olimpiya Festivalına qatılmaqla böyük təcrübə qazandıqlarını söyləyib. “Çalışacağıq ki, növbəti qarşılaşmada daha gözəl oyun nümayiş etdirək və bizi dəstəkləyənləri sevindirək”,- deyə Emiliya Eyvazova bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.