MƏDƏNİYYƏT


Emin Ağalarovun “Crocus City Hall”da konsertləri olacaq

Moskva, 6 dekabr, AZƏRTAC

Dekabrın 10-11-də Moskvadakı “Crocus City Hall”da Emin Ağalarovun solo-konsertləri olacaq.

“Crocus City”nin İctimaiyyətlə Əlaqələr Departamentindən AZƏRTAC-a bildiriblər ki, müğənni hər il öz ad günündə konsertlər təşkil etmək ənənəsinə sadiq qalır. Bu il dekabrın 10-11-də artist “Crocus City Hall”da iki solo-şou təqdim edəcək.

Departamentdə qeyd ediblər: “Tamaşaçıları ən yaxşı və yeni hitlər, ən başlıcası, xüsusi abu-hava və canlı ifa gözləyir”.

Şounun ulduz qonaqları arasında “Serebro” qrupu, “А’Studio”, Qriqori Leps, Maksim Fadeyev, Valeri Meladze, Valeriya və digər müğənnilər olacaq.

Müğənni rus dilində “Neba ne boyalis” adlı yeni albomundan mahnıları və musiqisevərlərin artıq çox bəyəndiyi populyar kompozisiyaları, həmçinin ingilis dilində yeni hitləri ifa edəcək. Departamentdə əlavə ediblər: “Əlbəttə ki, Emin öz qonaqlarına bir neçə maraqlı sürprizlər də hazırlayıb. Onlardan biri əfsanəvi Devid Fosterlə birgə çalışmış xüsusi qonaq – amerikalı pianoçu, təkrarolunmaz ifası ilə tanınan Lola Astanovanın konsertlərdə iştirakıdır”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.