ELM VƏ TƏHSİL


Emin Əmrullayev Naxçıvanın ali təhsil müəssisələrində olub

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Naxçıvan Dövlət Universitetində yaradılmış şəraitlə tanış olan nümayəndə heyəti universitetin memarlıq və mühəndislik, təbiətşünaslıq və kənd təsərrüfatı, eləcə də pedaqoji fakültələri üzrə auditoriyalarında olub. Tələbələrin startap layihələri ilə tanışlıqdan sonra beynəlxalq münasibətlər və hüquq fakültəsinin kriminalistika laboratoriyasında dərsdənkənar məşğələlərin gedişatı izlənilib.

Həmçinin Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında kamera orkestrinin ifası dinlənilib.

Daha sonra universitetin kollektivi ilə görüş keçirilib. Görüşdə ali təhsil müəssisəsinin fəaliyyəti, kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat verilib.

Sonda təhsil naziri Emin Əmrullayevə universitetin hədiyyəsi təqdim olunub.

Səfər çərçivəsində Naxçıvan Müəllimlər İnstitutu ilə də tanışlıq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.